Laçın Azərbaycanın cənub – qqərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı, qərbdən isə Ermənistan ilə həmsərhəddir. İnzibati mərkəzi Laçın şəhəridir. Rayonda 1 şəhər, 1 qəsəbə və 125 kənd var. Laçın tarixi zəngin olan bir ərazidir. Onun qədim abidələri 2 – 3-cü minilliyə aid edilir. 12-ci əsrin sonu, 13-cü əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində yaranan alban Xaçın knyazlığı Laçını əhatə edirdi. 1828 – ci il Türkmənçay sülhündən sonra Osmanlı və İran ərazisindən köçürülən ermənilərin Laçın bölgəsində məskunlaşması mümkün olmadı. Xanlıqlar ləğv edildikdən sonra Laçın bölgəsi 1829-cu ildə Qarabağ əyalətinə qatılıb, 1918 – 1922 –ci illərdə Qarabağ Quberniyasının tərkibində olub. 1905 – 1907, 1914 – 1920 – ci illərdə Laçında daxil olmaqla Zəngəzur bölgəsində silahlı erməni dəstələri qırğınlar törətmiş və yarım milyona yaxın insanı qətlə yetirmişlər. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra ermənilər Qarabağ və Zəngəzuru mənimsəmək iddiaları ilə kütləvi qırğınlar törədirdilər. Daşnak Andranik bu məqsədlə öz silahlı qüvvələri ilə Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, bölgədə təxribat, itaətsizlik, qırğın törətmək istəyirdi. Bundan xəbər tutan Sultan bəy Sultanov Laçının – Zabux yolundakı dərədə Andranikin qoşununu mühasirəyə alaraq məhv etmişdir. Andranik güclə qaçıb canını qurtarmışdır. 1992 – ci ildə Laçın rayonu ermənilər tərəfindən işğal edilmişdir. 30 ildən sonra, 2020 – ci ildə Prezidentimiz demişkən “bir güllə belə atmadan” Laçını işğaldan azad etdik. Xalqımız bu qələbəyə görə Ali Baş Komandamıza, cənab İlham Əliyevə və milli ordumuza, igid əsgərlərimizə, şəhidlərimizə borcluyuq. Laçının strateji əhəmiyyəti ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içindən Laçın dəhlizi keçir. Bildiyimiz kimi bu dəhliz uzun illər erməni nəzarətində olub. Biz indi döyüş meydanında zəfər çalmışıq və bu zəfər bizi yeni dövr açmışdır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır. Eşq olsun Ali Baş Komandana! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır! Xalidə Əmraslanova,Xocalı rayon ziyalısı